Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Bu günə planlaşdırılan futbol oyunları baş tutacaqmı? - PFL aydınlıq gətirdi
Peşəkar Futbol Liqası bu gün Azərbaycan Kubokunda, həmçinin I Liqa, II Liqa və Əvəzedicilər Liqasında baş tutacaq oyunların təxirə salınıb-salınmayacağı ilə bağlı bəyanat yayıb.
Oxu.Az qurumun Mətbuat Xidmətinə istinadən xəbər verir ki, açıqlamada ümumi vəziyyətin nəzarət altında olduğu bildirilib.
"Bildiyiniz kimi, bu gün Azərbaycan Kubokunda, I Liqa, II Liqa və Əvəzedicilər Liqasında oyunların keçirilməsi nəzərdə tutulub. Ölkə ərazisində bir neçə gündür davam edən qeyri-sabit hava şəraiti müəyyən problemlərin yaşanmasına yol açıb. Peşəkar Futbol Liqasının bayrağı altında keçirilən bütün yarışlarda ümumi vəziyyət nəzarət altındadır. Oyunların keçiriləcəyi stadionlar qardan təmizlənir, klublar qırmızı toplarla təmin olunur. Oyunlarla bağlı hər hansı bir təxirəsalma olarsa, bu barədə Peşəkar Futbol Liqası tərəfindən rəsmi açıqlama veriləcək", - deyə bəyanatda vurğulanıb.
"Azərbaycan Kuboku" teqi üzrə xəbərlər
- Baş məşqçilik fiaskosu: Vaqif Cavadovla Cavid Hüseynov nələri düz etmirlər?
- Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunlarının vaxtı açıqlanıb
- AFFA "Zirə" ilə "Neftçi"ni cəzalandırdı
- Azərbaycan Kubokunda sonuncu yarımfinalçı müəyyənləşib
- Futbol üzrə Azərbaycan Kubokunda növbəti yarımfinalçı bəlli olub