Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Kikboksinq üzrə gənclər arasında Avropa çempionatının Bakıda keçirilməsi planlaşdırılır
Yeniyetmə və gənclər arasında kikboksinq üzrə Avropa çempionatının 2027-ci ildə Bakıda keçirilməsi planlaşdırılır.
Oxu.Az xəbər verir ki, Ümumdünya Kikboksinq Təşkilatları Assosiasiyasının (WAKO) prezidenti Roy Beyker və vitse-prezident Salim Kayıcı bu məqsədlə Azərbaycana gəliblər.
Ümumdünya Kikboksinq Təşkilatları Assosiasiyasının rəsmiləri danışıqlar aparmaq üçün paytaxtımıza səfər ediblər.
"Dünya Kikboksinq Federasiyası (WAKO)" teqi üzrə xəbərlər
Ən çox oxunanlar