Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

2025-ci ildə Ukraynada və Yaxın Şərqdəki münaqişələr bitəcək - Lukaşenkodan PROQNOZ
Belarus Prezidenti Aleksandr Lukaşenko Ukrayna və Yaxın Şərqdəki münaqişənin bu il bitəcəyini proqnoz edib.
Oxu.Az xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko amerikalı bloqer Mario Naufala müsahibəsində bildirib.
"Ukrayna hamımızın yaşadığı dünyanı - ABŞ-ni, Çini, Rusiyanı məhv etmək üçün çox kiçikdir. O, çox kiçik partlayıcı qüvvədir. Ona görə də Ukrayna ilə olan məsələni bitirməliyik. Əgər amerikalılar istəsələr, Yaxın Şərqlə işi bitirmək daha asan olacaq və mənə elə gəlir ki, bu il bu problemləri həll edəcəyik", - deyə A.Lukaşenko vurğulayıb.
A.Lukaşenko, həmçinin ABŞ Prezidenti Donald Trampın Administrasiyasının işi ilə bağlı nikbinliyini ifadə edərək, onun Ukrayna və Yaxın Şərqdəki münaqişəyə son qoymaq istədiyini vurğulayıb.
"Aleksandr Lukaşenko" teqi üzrə xəbərlər
- Lukaşenko: "Dünyanın yarısı Belarusdakı "diktatura"nı arzulayır"
- Lukaşenko and içdi - Yeddinci dəfə prezident vəzifəsinin icrasına başladı
- Aleksandr Lukaşenko İlham Əliyevə təbrik məktubu göndərib
- Aleksandr Lukaşenkonun andiçmə mərasiminin tarixi məlum olub
- Lukaşenko Zelenskiyə xəbərdarlıq edibmiş: "Sanki əvvəlcədən hər şeyi bilirdim"