Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

İsrail ordusu özünü jurnalist kimi qələmə verən HƏMAS döyüşçüsünü məhv etdi
İsrail ordusu özünü jurnalist kimi qələmə verən HƏMAS döyüşçüsünü məhv edib.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Ynews" portalı məlumat yayıb.
Bildirilir ki, İsrail Müdafiə Qüvvələri (SAXAL) və Ümumi Təhlükəsizlik Xidmətinin (ŞABAK) əməliyyatı nəticəsində özünü "Al Jazeera" kanalının jurnalisti kimi qələmə verən "Beyt-Hanun" batalyonunun snayperi Hossam Bazel Abdul Karim Şabat öldürülüb.
Qeyd olunur ki, təhlükəsizlik qüvvələri terrorçunun HƏMAS-ın hərbi qanadı ilə birbaşa əlaqəsini ifşa edərək, onun 2019-cu ildə "Beyt-Hanun" batalyonu tərəfindən keçirilən hərbi təlimlərdə iştirak etdiyini sübut edən sənədlər dərc ediblər. O da vurğulanır ki, Şabat hazırkı müharibə zamanı SAXAL hərbçilərinə və İsrail mülki şəxslərinə qarşı terror aktları törədib.
Xatırladaq ki, martın 18-də İsrail ordusu Qəzza zolağında hərbi əməliyyatları bərpa edib, bununla da yanvarda müəyyən edilmiş atəşkəs rejimini pozub. Baş nazir Benyamin Netanyahunun ofisi bunu HƏMAS-ın vasitəçilər və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff tərəfindən danışıqlarda irəli sürülən təklifləri rədd etməsi ilə izah edib, əməliyyatın məqsədinin bütün girovların azad edilməsi olduğunu bildirib. HƏMAS döyüş əməliyyatlarının bərpasına görə İsrail və ABŞ-nin məsuliyyət daşıdığını bəyan edib.
"İsrail Müdafiə Ordusu (SAXAL)" teqi üzrə xəbərlər
- İsrail Ordusu Qəzzanın cənubunda quru əməliyyatlarını genişləndirir
- İsrail HƏMAS siyasi büro üzvünün öldürüldüyünü təsdiqləyib
- Qəzza zolağında gərginlik: Ölənlərin sayı 400 nəfəri keçdi, 500-dən çox yaralı var
- İsrail Qəzzada atəşkəsdən imtina etdiyini açıqladı
- Qəzzaya zərbələr səbəbindən Netanyahu ilə bağlı məhkəmə iclası ləğv edildi