Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Azərbaycanda iki ay əvvəl itkin düşən balıqçının meyitinin İranda tapıldığı ehtimal edilir
İranın Bəndər-Ənzəli istiqamətində, Ənzəli limanında balıqçılar tərəfindən meyit aşkarlanıb.
Oxu.Az APA-ya istinadla xəbər verir ki, meyiti tapılan şəxsin Lənkəranda dənizdə itkin düşmüş balıqçı Mahmud İbayev olduğu ehtimal edilir.
İran sosial şəbəkələrində meyitin fotosu paylaşılıb. Ailə üzvləri meyitin üzərində olan geyimlərə əsasən onun Mahmud İbayev olduğunu bildirirlər.
Mahmud İbayevin qardaşı Rəşad İbayev APA-ya açıqlamasında meyiti tapılan şəxsin qardaşı olduğunu deyib. O, meyitin ölkəyə gətirilməsi üçün müvafiq qurumlardan köməklik göstərilməsini xahiş edib.
Qeyd edək ki, bu il yanvarın 13-də balıqçılar - 1984-cü il təvəllüdlü Mahmud İbayev və 1968-ci il təvəllüdlü Nazim Abbasov itkin düşüb.
Fevralın 2-də Nazim Abbasovun meyiti tapılıb.
1984-cü il təvəllüdlü Mahmud İbayevin axtarışları isə davam etdirilib.

"İtkin düşmüş şəxslər" teqi üzrə xəbərlər
- Azərbaycanlı idmançı dostu ilə birlikdə Kiyevdə itkin düşdü
- 170 azərbaycanlı əsirin işgəncələrlə öldürüldüyü istintaqla sübut edilib
- Bakıda tanınmış hüquq müdafiəçisi itkin düşüb: Axtarış elan olundu
- Bakıda 17 yaşlı qız 18 gündür itkin düşüb
- Müşfiq Xanın oğlu Bakıda hosteldən TAPILIB: Yoxa çıxmasının ƏSL SƏBƏBİ BİLİNDİ