Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

ADY-dən sürücülərə və sərnişinlərə MÜRACİƏT
"Azərbaycan Dəmir Yolları" QSC dumanlı hava şəraiti ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib.
Oxu.Az-ın məlumatına görə müraciətdə deyilir:
"Son günlər müşahidə olunan dumanlı hava səbəbindən platformalarda, dəmir yollarının və dəmiryol keçidlərinin ətrafında görmə bucağı və məsafəsinin azalması müşahidə olunur.
"Məhdud görmə şəraitində dəmiryol xətləri və keçidlərə yaxınlaşarkən, platformalarda gözləyərkən və hərəkət edərkən diqqətli olun, məhdudlaşdırıcı xətti keçməyin.
Dəmiryol keçidlərinə yaxınlaşan sürücülərə qatarın gəlmədiyinə və yolun aydın göründüyünə əmin olduqdan sonra hərəkəti davam etdirməyi tövsiyə edirik",- deyə məlumatda qeyd edilib.
"Azərbaycan Dəmir Yolları QSC (ADY)" teqi üzrə xəbərlər
- Azərbaycanda bir neçə xəstəxananın ləğvinə başlanıldı
- Bayramda Abşeron dairəvi xəttində qatarlar qeyri-iş günləri qrafiki ilə çalışacaq
- Bayram günlərində Bakı-Qəbələ qatarlarından istifadə etmək istəyənlərin NƏZƏRİNƏ
- Bakı-Sumqayıt qatarında gecikmənin səbəbi açıqlandı
- Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib