Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Bakıda 48 yaşlı qadın dəm qazından zəhərlənib öldü - TƏFƏRRÜAT
Bakıda 48 yaşlı qadının dəm qazından zəhərlənməsinin detalları məlum olub.
Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, qadın çaydanı sobaya qoyub yuxuya gedibmiş.
Belə ki, hadisə ötən gün paytaxtın Yasamal rayonunun Bakıxanov küçəsi ev, 2, mənzil 7 ünvanında olub.
Qonşuların sözlərinə görə, qadın həmin ünvana yeni köçübmüş. O, ötən gün mənzildən halsız vəziyyətdə çıxıb qonşulardan kömək istəyib. Qonşular ona ilkin yardım edərək onu xəstəxanaya aparıblar.
Xəstəxanada tibbi müdaxilə edilsə də, Şəhla Dünyamalıyevanı xilas etmək mümkün olmayıb.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.
Ətraflı süjetdə:

Bakıda qadın dəm qazından boğulub.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, Yasamal rayonunda 1977-ci il təvəllüdlü Şəhla Dünyamalıyeva kirayə yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır.