Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Bakıda dolları xüsusi üsullarla saxtalaşdıran dəstə ifşa olundu
Bakıda polis saxta dollar satan dəstənin üzvlərini saxlayıb.
Oxu.Az xəbər verir ki, Nizami Rayon Polis İdarəsinin əməkdaşları paytaxtda saxta dollar satan dəstə üzvlərinin saxlanılması məqsədilə əməliyyat keçirib.
Nəticədə qeyd edilən əməli törətməkdə şübhəli bilinən üç nəfər saxlanılıb. Həmin şəxslər paytaxt ərazisində ümumilikdə 25 min 200 dollar saxta əsginası satmağa çalışıblar.
Ekspert rəyi ilə müəyyən edilib ki, pul əsginaslarının müdafiə nişanları saxlanılan şəxslər tərəfindən xüsusi üsullarla saxtalaşdırılıb.
Dəstənin ölkənin daxilində və xaricində olan digər üzvlərinin də saxlanılması istiqamətində əməliyyatlar davam etdiyindən saxlanılan şəxslərin ad və soyadını qeyd etmək məqsədəmüvafiq hesab edilmir.
Faktla bağlı araşdırmalar aparılır.