Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

"Ordubad" Dövlət Tarix-Mədəniyyət Qoruğunun Əsasnaməsi təsdiqləndi
"Ordubad" Dövlət Tarix-Mədəniyyət Qoruğunun Əsasnaməsi təsdiqlənib.
Oxu.Az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qeyd olunub ki, qoruq tarix və mədəniyyət üçün xüsusi əhəmiyyət kəsb edən, Ordubadın Şərq memarlıq ənənələrini özündə yaşadan, zəngin milli ornamenti, özünəməxsus memarlıq üslubu ilə seçilən abidələrinin, arxeoloji obyektlərinin və etnoqrafik materiallarının kompleks şəkildə cəmləşdiyi və dövlət tərəfindən mühafizə edilən ərazidir.
Qoruq Naxçıvan Muxtar Respublikası (MR) Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərir.
Qoruq Naxçıvan MR-in büdcəsindən maliyyələşən təşkilatdır, xəzinə hesabına, nazirliyin və öz adının həkk olunduğu möhürə, müvafiq ştamplara və blanklara malikdir və öz emblemi ola bilər.
Xatırladaq ki, "Ordubad" Dövlət Tarix-Mədəniyyət Qoruğu Azərbaycan Prezidentinin 2024-cü il 21 fevral tarixli 15 nömrəli Sərəncamı ilə yaradılıb.
"Əli Əsədov" teqi üzrə xəbərlər
- Baş nazirdən sürücülük kursları ilə bağlı QƏRAR
- Azərbaycanda "Fövqəladə ehtiyatların nomenklaturası" təsdiq edilib
- Əli Əsədov Belarusun yeni təyin olunan baş nazirini təbrik edib
- Baş nazirdən uşaq müəssisələrində göstərilən xidmətlərlə bağlı QƏRAR
- Azərbaycanda "Rəqabət Məcəlləsinə uyğun maliyyə sanksiyalarının hesablanması Qaydaları" təsdiqlənib