Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Təcili tibbi yardım avtomobili qəzaya UĞRADI: Xəsarət alanlar var
Naxçıvanda çağırışa gedən təcili tibbi yardım avtomobili qəza törədib, 2 nəfər xəsarət alıb.
Oxu.Az "Report"a istinadən məlumat verir ki, hadisə Babək rayonu ərazisində baş verib.
Çağırışa gedən təcili tibbi yardım avtomobili "Mercedes-Benz"lə toqquşub.
Hadisə nəticəsində təcili tibbi yardım avtomobilində olan Bəbək rayonu, Zeynəddin kənd sakini, 1970-ci il təvəllüdlü Fatma Talıb qızı Məmmədova və Badaşqan kənd sakini, 1988-ci il təvəllüdlü Namiq Paşa oğlu Novruzov xəsarət alıblar.
Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər.
Faktla bağlı araşdırma aparılır.
"Naxçıvan Muxtar Respublikası" teqi üzrə xəbərlər
- Fövqəladə Hallar Nazirliyinə yeni avtomobil və avadanlıqlar alınıb
- Baş nazir: "İşğaldan azad edilmiş ərazilərdə 2 615 ailə evlə təmin edilib"
- "Ordubad" Dövlət Tarix-Mədəniyyət Qoruğunun Əsasnaməsi təsdiqləndi
- Naxçıvanda yol təmirinə aid 53 milyonluq tenderin vaxtı uzadıldı
- Baş həkimin ölkədən çıxışına QADAĞA QOYULDU