Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Rusiyadan Aİ-yə cavab: Bəzi Avropa nümayəndələrinin ölkəyə giriş qadağan edildi
Moskva Avropa İttifaqının (Aİ) 16-cı sanksiya paketinə cavab olaraq, ölkəyə girişi qadağan edilən Avropa institutlarının və ittifaqın üzv ölkələrinin nümayəndələrinin siyahısını genişləndirib.
Bu barədə Oxu.Az Rusiya Xarici İşlər Nazirliyinin (XİN) saytına istinadla xəbər verir.
Rusiya XİN-in məlumatında deyilir: "Söhbət Ukraynaya hərbi yardım göstərməyə görə məsul olan, ölkəmizin ərazi bütövlüyünün sarsıdılmasına və Baltik dənizində Rusiya gəmilərinin hərəkətinin blokadasının təşkilinə yönəlik fəaliyyət aparan Aİ ölkələrinin güc qurumlarının, dövlət və kommersiya təşkilatlarının nümayəndələrindən, Aİ-nin üzv ölkələrinin vətəndaşlarından gedir".
Qeyd edək ki, Aİ və Böyük Britaniya fevralın 24-də Rusiyaya qarşı sanksiyaların 16-cı paketini tətbiq edib. Tədbirlər Rusiya iqtisadiyyatının əsas sektorlarına, o cümlədən bank sektoruna, metallurgiyaya və logistikaya, həmçinin ölkənin artıq tətbiq edilmiş məhdudiyyətlərdən yan keçməsinə kömək edən şəxslərə qarşı yönəldilib.
"Anti-Rusiya sanksiyaları" teqi üzrə xəbərlər
- Bessent Rusiyanı hədələdi: "Ən sərt sanksiyalar tətbiq ediləcək"
- "Sanksiyalar cəhənnəmi": Senator Qrem ABŞ Konqresinə Rusiya ilə bağlı qanun layihəsi təqdim edəcək
- KİV: "ABŞ Rusiyaya qarşı sanksiyaların yumşaldılması üzrə plan hazırlayır"
- Britaniya Rusiya siyasətçilərinin ölkəyə girişini qadağan edəcək
- Aİ Rusiyaya qarşı 16-cı sanksiyalar paketini TƏSDİQLƏDİ