Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

BMT-də Suriyadakı zorakılığı pisləyən bəyanat hazırlandı
BMT Təhlükəsizlik Şurasının üzvləri Suriyanın sahilyanı ərazilərində baş verən zorakılığı pisləyən bəyanat hazırlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Sənəddə Suriyanın müvəqqəti hökumətindən ölkədəki etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşların müdafiəsini təmin etmək tələb olunur.
Xatırladaq ki, martın 6-da Suriyanın Əl-Laziqiyyə, Tartus və Homs əyalətlərində ölkənin yeni rəhbərliyinin nəzarətində olan təhlükəsizlik qüvvələri ilə respublikanın keçmiş prezidenti Bəşər Əsədi dəstəkləyən birləşmələr arasında toqquşmalar başlayıb. Silahlı qarşıdurma mülki əhali arasında böyük insan itkisi ilə nəticələnib.
"Birləşmiş Millətlər Təşkilatı (BMT)" teqi üzrə xəbərlər
- BMT: "Azərbaycanla Ermənistan arasında müzakirələri alqışlayırıq"
- Azərbaycan Birləşmiş Millətlər Təşkilatı (BMT) və qurumlarına nə qədər vəsait xərcləyib?
- BMT-nin İşçi Qrupunun Ruben Vardanyanın işi ilə bağlı TARİXİ QƏRARININ MƏZMUNU
- Mehriban Vəliyeva: "Türk və müsəlman dünyası dövlətlərinin BMT TŞ-də təmsil olunmasına ehtiyac var"
- BMT-nin İşçi Qrupu Vardanyanla bağlı İrəvanın əsassız iddialarını rədd etdi - XİN bəyanat yaydı