Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Ləğv prosesində olan beş bankın borcları ödənilib
Ləğv prosesində olan "AtaBank", "AmrahBank", "NBCBank", "AGBank" və "MuğanBank" açıq səhmdar cəmiyyətlərinin dövlət zəmanəti əsasında cəlb etdikləri kredit vəsaitləri üzrə Mərkəzi Banka olan borcları Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu tərəfindən ödənilib.
Oxu.Az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə fəaliyyəti haqqında hesabatında əksini tapıb.
Hesabata əsasən, sözügedən bankların 2023-cü ilin sonuna Mərkəzi Banka ödəməli olduqları 13 milyon 789.9 min manat məbləğində borc öhdəliyi Nazirlər Kabinetinin 2024-cü il 28 mart tarixli 169 nömrəli Sərəncamına əsasən ödənilib.
Mərkəzi Bankın İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarına əsasən həmin banklardan ikisinin - "AtaBank" ASC-nin və "AmrahBank" ASC-nin lisenziyaları həmin tarixdən etibarən ləğv edilib. Qeyd edək ki, "AtaBank" və "AmrahBank" ASC-lərin lisenziyaları Mərkəzi Bankın İdarə Heyətinin qərarına əsasən 2020-ci ilin 28 aprelində ləğv edilib.
Elə həmin ilin may ayının 12-də tənzimləyicinin qərarı ilə "AG Bank" və "NBC Bank" ASC-lərin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyaları geri alınıb. 2023-cü ilin oktyabrın 19-da "MuğanBank" Açıq Səhmdar Cəmiyyətinin lisenziyası ləğv olunub.
Mərahim Nəsib
"Hökumətin Milli Məclisdə hesabatı - 2025" teqi üzrə xəbərlər
- Qarabağda qəbiristanlıqlar üçün torpaq AYRILIB
- Məcburi köçkünə ərə getmiş və ya ondan boşanmış qadına müavinət verilə bilər
- Parlamentdə heyvanların kəsilməsi üçün yaş həddinin müəyyənləşdirilməsi təklif olunub
- Azərbaycanda ötən il 5 milyard manatdan çox vergi borcu ləğv edilib
- Azərbaycan Ermənistanla şərti sərhədinin 202.5 km-lik hissəsində müdafiə mövqelərini möhkəmləndirib