Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Goranboyda zəhərlənən məktəblinin babası: "Zəng etdilər ki, nəvən ölür"
Goranboyun Səfikürd kəndində iki şagird zəhərlənib.
Doqquz yaşlı azyaşlılar məktəbdə olarkən səhhətlərində narahatlıq yaranıb. Hər iki məktəbli valideynləri tərəfindən xəstəxanaya çatdırılıb.
Şagirdlərdən birinin babası Kərəm Kərimov Baku TV-yə açıqlamasında onların "pambıq" adlandırılan şirniyyatdan zəhərləndiyini bildirib:
"Məktəbdən zəng etdilər ki, nəvən ölür. Xəstəxanaya apardıq, zorla ayıltmışıq".

Goranboyda şirin pambıqdan zəhərlənən məktəblilərin son vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, onlara dəqiqləşdirilməmiş dispepsiya diaqnozu təyin edilib.
"Martın 14-ü saat 11:20-də 2016-cı il təvəllüdlü iki azyaşlı (biri qadın, biri kişi cinsli olmaqla) zəhərlənmə şübhəsi ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Pasiyentlərə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova
Goranboyda məktəblilər zəhərləniblər.
Oxu.Az xəbər verir ki, hadisə rayonun Səfikürd kəndində qeydə alınıb.
Belə ki, kənd sakinləri, Səfikürd kənd tam orta məktəbin üçüncü sinif şagirdləri, 2016-ci il təvəllüdlü N.K. və onun yaşıdı S.Ə. şirin pambıq yeyiblər.
Onların bir müddət sonra halları pisləşib və Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri normaldır.
Faktla bağlı araşdırma aparılır.