Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

"Sabah" - "Zirə" oyununda qalib müəyyənləşmədi
Futbol üzrə Misli Premyer Liqasının XXVII turunun "Sabah" - "Zirə" oyununda qalib müəyyənləşməyib.
Oxu.Az bildirir ki, "Bank Respublika Arena"da keçirilən oyunda tərəflər hərəyə 1 dəfə fərqləniblər.
Meydan sahiblərinin heyətində 34-cü dəqiqədə Cesse Sekidika hesabı açıb. Bərabərlik qolunu isə 63-cü dəqiqədə David Volkov vurub.
Turnir cədvəlində "Zirə" 52 xalla ikinci, "Sabah" isə 35 xalla beşincidir.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Araz-Naxçıvan" "Şamaxı" ilə (1:1), "Kəpəz" isə "Qarabağ"la (0:0) heç-heçəyə razılaşıb.
Futbol üzrə Misli Premyer Liqasının XXVII turunda "Qarabağ" "Kəpəz"lə bərabərə qalıb.
Oxu.Az xəbər verir ki, Tovuz şəhər stadionuda keçirilən oyunda hesab açılmayıb.
64 xalı olan "Qarabağ" turnir cədvəlində liderdir. 23 xala malik "Kəpəz" isə doqquzuncudur.
Qeyd edək ki, turun açılış matçında "Araz-Naxçıvan" "Şamaxı" ilə heç-heçəyə razılaşıb - 1:1.
Bu gün Misli Premyer Liqasında XXVII turun ikinci oyun günündə iki görüş keçiriləcək.
Oxu.Az xəbər verir ki, "Kəpəz" klubu "Qarabağ"la saat 17:00-da, "Sabah" isə "Zirə" ilə saat 19:30-da üz-üzə gələcək.
Qeyd edək ki, tura və üçüncü dövrəyə martın 16-da keçiriləcək "Səbail" - "Neftçi", "Turan Tovuz" - "Sumqayıt" matçları ilə yekun vurulacaq.
15 mart
Misli Premyer Liqası
XXVII tur
Saat 17:00, "Kəpəz" - "Qarabağ;
Saat 19:30, "Sabah" - "Zirə".
"Azərbaycan Premyer Liqası (APL)" teqi üzrə xəbərlər
- Avrokuboklar uğrunda gərgin mübarizə: Azərbaycan Premyer Liqasının çempionluq sınağı
- "Sabah" bir mövsümdə heç-heçə rekordunu təkrarlayıb
- "Səbail"in yeni baş məşqçisi rəsmi AÇIQLANDI
- Misli Premyer Liqasında bu tur səkkiz oyunçu komandasına kömək edə bilməyəcək
- "Sumqayıt"dan mövsümdə ilk, tarixdə 10-cu dəfə böyükhesablı qələbə