Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

İstehlakçıların aldadılması ilə bağlı neçə protokol tərtib edilib?
"Malın ölçüsünə, çəkisinə və hesabına dair istehlakçıların aldadılması halları ilə bağlı 2024-cü il ərzində 319, 2025-ci ilin yanvar-fevral aylarında isə 40 vətəndaş müraciətinə baxılıb".
Oxu.Az xəbər verir ki, bunu jurnalistlər üçün təşkil olunan "İstehsalçı hüquqları" adlı media təlimdə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin şöbə müdiri Yusif Tapdıqlı deyib.
"Araşdırmalar zamanı 2024-cü ildə istehlakçıların hesabda aldadılması faktı ilə bağlı 13 sahibkarlıq subyekti barəsində 24, 2025-ci ilin yanvar-fevral aylarında isə dörd sahibkarlıq subyekti barəsində dörd inzibati xəta haqqında protokol tərtib edilib.
Baxılmış müraciətlər üzə 189 (2025-ci ildə 12) halda istehlakçıların tələbləri təmin edilib", - deyə Y.Tapdıqlı bildirib.
Əzizə İsmayılova