Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Rusiya hərbçiləri Kursk vilayətində daha bir yaşayış məntəqəsini azad ediblər
Rusiya qoşunları Kursk vilayətində daha bir yaşayış məntəqəsində nəzarəti bərpa ediblər.
Oxu.Az-ın məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Şimal" qoşun qruplaşmasının bölmələri hücum əməliyyatları zamanı Qonçarovka yaşayış məntəqəsini azad ediblər", - deyə nazirlikdən bildirilib.
Dünən Rusiyanın Kursk vilayətinin Melovoy, Podol və Suca yaşayış məntəqələrində nəzarətin bərpa edildiyi barədə məlumat verilmişdi.
"Rusiya-Ukrayna müharibəsi" teqi üzrə xəbərlər
Ən çox oxunanlar