Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Cənubi Koreyanın nəhəng şirkətləri Rusiyaya qayıtmağı planlaşdırırlar
Cənubi Koreyanın ən böyük şirkətlərindən olan "Hyundai Motor", "LG Electronics" və "Samsung Electronics" Rusiyada fəaliyyətlərini bərpa etmək imkanını nəzərdən keçirirlər.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "The Korea Times" xəbər yayıb.
Bildirilir ki, Koreya biznesi Ukrayna münaqişəsində sülh sazişi və ya atəşkəsə nail olmağa ümid edir.
Qeyd edilir ki, xüsusilə ABŞ tərəfindən artan gömrük təzyiqi fonunda Cənubi Koreya şirkətlərinin biznes maraqlarının diversifikasiyası üçün Rusiya ənənəvi olaraq vacib istiqamətdir. Koreya firmaları qayıtmaq qərarı vermək üçün sanksiya rejimini və Ukraynada münaqişənin həlli üzrə danışıqların gedişatını diqqətlə izləyirlər.
Xatırladaq ki, bir gün əvvəl İtalyanın "Ariston" şirkətinin Rusiyada biznesini davam etdirəcəyi barədə məlumat verilmişdi.
"Hyundai" teqi üzrə xəbərlər
- "Hyundai"da 30 aprelədək davam edən fürsət: Sevdiyiniz modelə sərfəli şərtlərlə sahib olun
- "Hyundai" bəzi avtomobillərini təcili geri çağırır - Ciddi təhlükə AŞKAR EDİLDİ
- "Auto Azərbaycan"dan müştərilərə yaxın yeni ünvan: "Hyundai Servis Mərkəzi" artıq Yasamalda
- 25 il ərzində etibarlılığını itirməyən avtomobillər: İlk 10-luqda hansılardır?
- Yol böyüyünüdür: "Hyundai" sizə yolların böyük modeli - "Custin"i təqdim edir