Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Süzan Qrinfild: "Rəqəmsal dünyada insan beyni əsas rol oynayır"
"Rəqəmsal transformasiya dünyada baş verən dəyişikliklərə uyğun olaraq insan beyninə təsir göstərir".
Oxu.Az xəbər verir ki, bunu XII Qlobal Bakı Forumu çərçivəsində "Qlobal sağlamlıq böhranla üz-üzə: Hazırlıq və bərabərlikdə yeni sərhədlər" adlı panel müzakirədə Böyük Britaniyanın Lordlar Palatasının üzvü Süzan Qrinfild deyib.
"Rəqəmsal dünyada insan beyni bir növ bünövrə rolunu oynayır. Əgər dünyada baş verənlər müsbət məcrada gedirsə, sizin beyniniz də buna köklənir, lakin neqativ tendensiyalar beynin qavrama və analiz etmə funksiyalarına mənfi təsir edə bilər".
Qrinfild, həmçinin rəqəmsal informasiya axınının insan psixikasına təsiri ilə bağlı narahatlığını dilə gətirib:
"Bəzən biz internet vasitəsilə gənclərin beyninin yuyulmasına dair fikirlər eşidirik. Buna ciddi diqqət yetirməliyik, çünki bu, insanların qavrama və dərketmə qabiliyyətlərində problemlərin yaranmasına səbəb ola bilər".
O, rəqəmsal texnologiyaların inkişafı ilə paralel olaraq beynin sağlamlığına yönəlmiş elmi araşdırmaların və maarifləndirmə tədbirlərinin vacibliyini vurğulayıb.
Aləmdə Nəsib
"XII Qlobal Bakı Forumu" teqi üzrə xəbərlər
- "Euronews"da Qlobal Bakı Forumuna həsr olunmuş xüsusi videosüjet yayımlanıb
- Dünyanın məşhur siyasətçiləri Azərbaycanın "yaşıl enerji" siyasətini necə dəyərləndirirlər?
- USAID, "Amerikanın səsi" və "Azadlıq Radiosu"nun layiq olduğu məntiqi son
- Prezident Ermənistana və onun ağalarına sərt mesajlar verdi
- Hikmət Hacıyev: "Bakı Forumu özünü beynəlxalq platforma kimi təsdiqləyib"