Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Myanmada ölənlərin sayı 1600 nəfəri ötdü: 3400-dən çox insan xəsarət alıb, itkin düşənlər var
Myanmada baş verən dəhşətli zəlzələ nəticəsində ölənlərin sayı 1644-ə çatıb, 3400-dən çox yaralı var.
Oxu.Az xəbər verir ki, bu barədə "Xinhua" agentliyi Myanma Dövlət İnzibati Şurasının Mətbuat Xidmətinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, 139 nəfər itkin düşüb.
Myanmada güclü zəlzələdən sonra ölənlərin sayı 1007 nəfərə çatıb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə MRTV dövlət televiziya şirkəti xəbər yayıb.
Bildirilir ki, daha 2389 nəfər yaralanıb, 30 nəfər isə itkin düşmüş hesab olunur.
Telekompaniya əlavə edib ki, Mandalay və ətrafında 1591 ev, 670 monastır və 60 məktəb zərər görüb, həmçinin onlarla mədəni irs obyekti dağıdılıb, yollar və körpülər dağılıb.
Zərər çəkmiş görməli yerlər arasında "Me Nu Brick" monastırı, "Ava" körpüsü, Mandalayda "Mahamuni Budda" məbədi, "Minqunda Sinbyume" paqodası (budda məbədi), Mandalayda "Kral sarayı" var.
Myanmada ötən gün baş verən güclü zəlzələdə ölənlərin sayı artaraq 1002 nəfərə çatıb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə BBC xəbər yayıb.
Bundan başqa 2376 nəfər yaralanıb, azı 30 nəfər itkin düşüb.
Bildirilir ki, zərərçəkənlərin əksəriyyəti Myanmanın ikinci böyük şəhəri və zəlzələnin episentrinə ən yaxın olan Mandalayda qeydə alınıb.
Xilasedicilər Myanma və Tailandda axtarış-xilasetmə işlərinə davam edirlər.
Myanmada baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı kəskin artıb.
Oxu.Az "France-Presse" agentliyinə istinadən xəbər verir ki, yeraltı təkanlar 694 nəfərin həyatına son qoyub, 1 670 şəxs zəlzələ nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Martın 28-də qeydə alınan güclü təkanlar demək olar ki, bütün ölkə ərazisində dağıntılara səbəb olub.
Hadisə şahidlərinin sözlərinə görə, bir çox yaşayış binaları, inzibati binalar və xəstəxanalar uçub.
"Myanmada güclü zəlzələ" teqi üzrə xəbərlər
- Myanmada güclü zəlzələdə ölənlərin sayı 2 000 nəfəri keçdi
- Myanmada milli matəm elan edildi
- Myanmada uçqun altında iki gün qalan qadının xilası - ANBAAN GÖRÜNTÜLƏR
- Myanmadakı zəlzələdə xəsarət alanlar arasında azərbaycanlılar varmı? - RƏSMİ
- Banqkokda dövlət qurumlarının əməkdaşları təxliyə edildilər