Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Türkiyədə daha iki bələdiyyə sədri saxlanıldı
Türkiyədə İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan istintaq çərçivəsində Ekrem İmamoğlu ilə yanaşı, daha iki bələdiyyə sədri saxlanılıb.
Bu barədə Oxu.Az Türkiyə KİV-nə istinadən xəbər verir.
Məlumata görə, İstanbul Baş Prokurorluğu tərəfindən terrorizm və mütəşəkkil cinayətlərlə bağlı aparılan iki ayrı istintaq çərçivəsində İBB sədri Ekrem İmamoğlu, Şişli bələdiyyə sədri Resul Emrah Şahan və Beylikdüzü bələdiyyə sədri Mehmet Murat Çalık, habelə müğənni Ercan Saatçi də daxil olmaqla 79 şübhəli saxlanılıb.
Qeyd edək ki, İstanbul Baş Prokurorluğu tərəfindən Ekrem İmamoğlu və 99 şübhəli barəsində "Cinayət təşkilatının lideri və ya üzvü olmaq", "Qəsbkarlıq", "Rüşvətxorluq", "Məqsədli fırıldaqçılıq", "Şəxsi məlumatların qanunsuz olaraq əldə edilməsi" və "Tender saxtakarlığı" maddələri üzrə başladılan istintaq davam edir.
"Türkiyə" teqi üzrə xəbərlər
- Türkiyədə Şişli bələdiyyə sədrinin müavini həbs olundu
- Məşhur türkiyəli xizəkçinin öldüyü hoteldəki yanğınla bağlı saxlanılanların sayı artdı
- Ərdoğan və Putin arasında telefon danışığı baş tutub
- Dilan və Engin Polat cütlüyünün milyonlarla dollar dəyərində lüks avtomobilləri satışa çıxarılır
- Türkiyədə qəribə hadisə: Sərnişin avtobusundakı qutudan piton çıxdı