Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Qrenlandiyada yeni hökumət quruldu
Qrenlandiyanın dörd parlament partiyası yeni hökumətin tərkibini formalaşdırıb.
Oxu.Az xəbər verir ki, bu barədə DR məlumat yayıb.
Hökumətin tərkibinə seçkidə qalib gələn "Demokratlar" partiyasından əlavə, "Xalq İcması", "İrəli" və "Həmrəylik" siyasi qüvvələri də daxil olub. Onlar razılığa gəliblər ki, adanın müstəqilliyi məsələsinə ehtiyatla yanaşmaq lazımdır. Bundan əlavə, tərəflər öz müqəddəratını təyinetmə imkanlarının genişləndirilməsi üzərində çalışacaq və özünüidarə haqqında qanuna yenidən baxmağa çalışacaqlar.
Xatırladaq ki, martın 11-də Qrenlandiya parlamentinə seçki keçirilib. Böyük Britaniyanın "The Times" qəzeti bildirib ki, "Demokratlar" partiyasının qələbəsi onu göstərdi ki, yerli sakinlər Donald Trampın istədiyi kimi Qrenlandiyanın ABŞ-nin bir hissəsi olmasını istəmirlər.
Qeyd edək ki, Qrenlandiya Danimarkanın muxtar bölgəsidir.
"Qrenlandiya" teqi üzrə xəbərlər
- Qrenlandiyanın baş naziri: "Ada heç vaxt heç kimin mülkiyyəti olmayacaq"
- Tramp Kanada və Qrenlandiyanın ABŞ-yə birləşdirilməsindən danışdı: "Zarafat etmirəm"
- Qrenlandiyanın yeni baş naziri adanın alınması ilə bağlı danışdı: ABŞ-yə, ya Çinə satılacaq?
- Fransa ABŞ-nin onun ərazisinə iddia qaldıra biləcəyindən narahatdır
- Cey Di Vens: "Qrenlandiya Danimarkadan ayrılmaq istəyir"