Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Zelenski: "Ukrayna ABŞ-nin hərbi yardımını borc kimi tanımayacaq"
Ukrayna ABŞ-dən aldığı hərbi yardımı borc kimi tanımayacaq.
Oxu.Az eurointegration.com-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski brifinqdə bildirib.
Ukraynanın ABŞ ilə faydalı qazıntılar üzrə yeni saziş layihəsi Kiyevdən 120 milyard dollardan yuxarı bütün yardımları kompensasiya etməyi tələb edir.
"Ukrayna ABŞ-dən faydalı qazıntılar üzrə yeni saziş layihəsini alıb. Bu, əvvəlki çərçivə sazişindən tamamilə fərqli bir sənəddir. Ukrayna ABŞ-nin hərbi yardımını borc kimi tanımayacaq. Biz dəstəyə görə minnətdarıq, lakin bu, kredit deyil və biz buna imkan verməyəcəyik ", - Zelenski bildirib.