Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

SOCAR-ın prezidenti Con Ardil ilə görüşüb
SOCAR-ın prezidenti Rövşən Nəcəf "ExxonMobil" korporasiyasının qlobal kəşfiyyat və yeni layihələr üzrə vitse-prezidenti Con Ardil ilə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.
Bildirilib ki, görüşdə Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələrdə "ExxonMobil" korporasiyasının iştirakından məmnunluq ifadə edilib, şirkətlər arasındakı mövcud əməkdaşlıq əlaqələrinin önəmi qeyd olunub.
Söhbət zamanı "ExxonMobil"in və SOCAR-ın yerli və xarici ölkələrdəki fəaliyyəti, yeniliklər, həyata keçirilən yeni layihələr, prioritetlər və ortaq maraqlar barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycanda reallaşdırılacaq yeni layihələr üzrə tərəfdaşlıq imkanları nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
"Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR)" teqi üzrə xəbərlər
- SOCAR uyğunluq sahəsində yeni təlim proqramına start verib
- "Neft Daşları"nda kran tarazlığını itirərək dənizə düşüb
- BP şirkəti ilə əməkdaşlığın perspektivləri müzakirə edilib
- SOCAR və "Union Energy" şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
- SOCAR İsraildə kəşfiyyat işləri aparmaq üçün lisenziyalar alıb