Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Novruz bayramı ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə təkrar müraciət etdi
Ötən gecə Novruz bayramının qeyd edilməsi ilə əlaqədar tonqalla bağlı yeddi yanğına çıxış qeydə alınıb.
Oxu.Az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirlik tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə, o cümlədən dəfələrlə edilən müraciətlərə baxmayaraq, təəssüflə qeyd olunmalıdır ki, bəzi vətəndaşlar tərəfindən yanğın təhlükəsizliyi qaydaları pozulur.
"Qeyd olunanları, habelə bir sıra bölgələrdə Novruz bayramı ilə əlaqədar mərasimlərin bu gün də davam edəcəyini nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır.
Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!" - müraciətdə deyilir.

"Fövqəladə Hallar Nazirliyi (FHN)" teqi üzrə xəbərlər
- Avtomobillərin nizamsız parklanması ilə bağlı əhaliyə MÜRACİƏT EDİLDİ
- Abşeronda iki ev tamamilə yanıb, xəsarət alan var
- Gədəbəydə qar uçqununda həlak olan hərbçi Əli İmanov Sabirabadda dəfn edilib
- Alatavada bir-birinə bitişik evlərdə yanğın olub, xəsarət alan var
- Pakistan səfiri Azərbaycana başsağlığı verib