Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Tramp Mask barəsində danışdı: "Məndən heç vaxt xahiş etməyib"
ABŞ Prezidenti Donald Tramp milyarder İlon Maskın ondan heç vaxt heç nə ilə bağlı xahiş etmədiyini bildirib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə o, "Newsmax" telekanalına müsahibəsində danışıb.
O, həmçinin qeyd edib ki, Maskı ABŞ-nin xeyrinə çalışan vətənpərvər hesab edir.
"Amma o, heç vaxt məndən hansısa məsələyə dair xahiş etməyib, düşünün. Və onun bunun üçün tam hüququ var, mən hesab edirəm. Bu o demək deyil ki, mən bunu yerinə yetirəcəyəm, böyük ehtimal, etməyəcəyəm, lakin o, heç vaxt məndən yaxşılıq istəməyib", - deyə ABŞ prezidenti vurğulayıb.
"Məsələn, mən elektromobillərin istifadəsi tələbindən yenicə xilas oldum. Və o, heç vaxt yanıma gəlib demədi ki, mənə bir yaxşılıq edə bilərsənmi, bunu etmə. Bilirsinizmi, o, dürüst insandır və bunu ölkənin rifahı üçün edir. Biz yüzlərlə milyard dollarlıq fırıldaqçılıqlar aşkar edirik", - deyə Donald Tramp əlavə edib.
"Donald Tramp" teqi üzrə xəbərlər
- Donald Tramp bir ildə sərvətini iki dəfə artırıb
- Tramp Kim Çen In ilə şəxsi görüşünü istisna etmir: "O, ağıllı adamdır"
- Pentaqon husilərə qarşı əməliyyata başlayır: Regiona 300-dən çox amerikalı hərbçi gedib
- İranlı deputat: "Nüvə silahımız olsaydı, Tramp bizi hədələməyə cəsarət etməzdi"
- Bəhruz Məhərrəmov: "Azərbaycanın qətiyyəti qarşısında rəsmi Berlin üzrxahlıq etdi"