Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

15 yaşına çatmamış yeniyetməni işə cəlb edən şəxslər 4 min manat cərimə ediliblər
15 yaşına çatmamış yeniyetməni işə cəlb edən şəxslər 4000 manat cərimə ediliblər.
Oxu.Az xəbər verir ki, bu, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2024-cü il üzrə illik məlumatında əksini tapıb.
Qeyd olunub ki, daxil olan müraciətlərə baxılması zamanı aşkarlanmış 15 yaşına çatmamış yeniyetməni işə cəlb etməklə bağlı daha iki fakt üzrə təqsirkar şəxslər barəsində ümumilikdə 4000 manat inzibati cərimə tətbiq olunub.
Qeyd edək ki, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı parlamentin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.
Mərahim Nəsib
"İnsan alveri" teqi üzrə xəbərlər
- İnsan alverində ittiham olunan qadına CƏZA verildi
- Dövlət komitəsinin rəsmisi: "Uşaqlar sosial şəbəkələrdə insan alverinin qurbanına çevrilə bilərlər"
- P.Diddi həbsxanada olarkən nə qədər qazanıb?
- Castin Biber P.Diddi ilə münasibətləri haqqında həqiqəti üzə çıxardı
- Deputatdan təklif: "Uşaq alveri ilə bağlı cinayət məsuliyyəti daha sərt xarakter daşımalıdır"