Mənzilin bütün otaqlarında sürünənlərə rast gəlinir.
Oxu.Az ARB 24-ə istinadən xəbər verir ki, hətta canlının evin zirzəmisində iri yuvası da mövcuddur. Görüntülər Goranboyun Qaradağlı kəndində lentə alınıb.
Kənd sakini Şahin Muxtarov gecə saatlarında daha çox rastlaşdığı canlıların bu günə qədər 60-dan çoxunu öldürüb. Qaradağlı sakini evə daraşan ilanların fərqli görünüşə malik olduğunu, amma dəqiq hansı növə aid olduğunu bilmir. Evin bütün hissələrində, hətta vanna otağında da tapılan sürünənlərin kiçikləri 20-25 sm, böyükləri isə 1 metrdən artıq uzunluğa malikdir.
Şahin Muxtarov – Ev sahibi: “Axşam saat 8-10 arası çıxır. Bu gecə 5 dənəsi çıxıb. Bilmirəm, nə ilanıdır”.
Təhlükəli canlılardan qurtulmaq üçün Şahin Muxtarov həyətdə, zirzəmidə kükürd yandırıb. Amma bu, canlıların sayına təsir etməyib. Ev sahibi yaranan təhlükəli vəziyyətlə bağlı aidiyyəti qurumları da məlumatlandırıb.
E.Ə.
www.oxu.az