Azərbaycanda ilk dəfə yeni formatda film nümayiş etdiriləcək.
Oxu.Az xəbər verir ki, “28 Cinema” kinoteatrı “Hobbit: Smauqun viranlığı” filminin yüksək tezlikli 3D video formatında nümayişlərinə başlayır.
Hər zaman film həvəskarlarını müxtəlif yeniliklər ilə sevindirən Azərbaycanın premium səviyyəli kinoteatrı “28 Cinema” növbəti yeniliyi təqdim edir.
Belə ki, çoxlarının böyük səbirsizliklə gözlədiyi “Hobbit: Smauqun viranlığı” filmini Azərbaycanda ilk dəfə yeni film formatında təqdim edəcək.
Filmsevərlər artıq dekabr ayının 19-dan etibarən məşhur hobbit haqqında növbəti filmi tam yeni – yüksək tezlikli 3D (HFR 3D) video formatında izləyə biləcəklər.
HFR 3D video formatında filmləri yalnız xüsusi kinoteatrlarda baxmaq mümkündür. HFR 3D özündə hərəkət edən görüntülər təcrübəsində texniki inkişafı əks etdirir.Bu innovativ format görüntünü saniyədə 48 kadrla təqdim edir, hansı ki, insanın görmə qabiliyyətinə yaxındır. Bu isə hazırda bütün dünyada olan kinoteatrlardakı standart görüntü tezliyindən iki dəfə çoxdur.
“Hobbit: Smauqun viranlığı” məhşur hobbit Begginsin növbəti sərgüzəştidir. Dumanlı dağlara uğurlu keçiddən sonra Torin və dəstəsi, sehrbazsız təhlükəli Lixolesyeyə getməmişdən öncə, məcbur olub qüdrətli yad birinə kömək üçün müraciət edirlər. Onların dəstəsi öz səyahətlərini mütləq Tənha dağda bitirməlidirlər, harada ki, Beggins, Smauqun xəzinəsinə çatmaq üçün gizli qapını tapmalıdır.
Film ABŞ və Yeni Zelandiya istehsalıdır və rejissoru Piter Ceksondur. Rollarda isə Martin Friman, İyen MakKellen, Riçard Armitiç və Ceyms Nesbit kimi məhşurlar çəkilib.
Biletləri kinoteatrın kassalarında əldə etmək mümkündür. Həmçinin kinoteatrın www.28cinema.az rəsmi saytından onlayn olaraq əldə edə bilərsiniz və ya 012 499 89 88 və 118 nömrələrinə zəng vurmaqla sifariş edə bilərsiniz.
Qeyd edək ki,“28 Cinema” kinoteatrı Enhanced 4K müasir texnologiyasına əsaslanan, Barco yeni nəslindən olan proyektorlar və 3D Xpand texnologiyalı eynəklər təqdim edir. “28 Cinema” “PLATINUM MOVIE SUITES” zalı daxil olmaqla 6 zaldan ibarətdir və kinoteatrın ərazisində “Blackberry” restoranı və “Cappuccino coffee house” yerləşir.