Oxu.Az Cbc.az-a istinadən xəbər verir ki, otuz il əvvəl Bakını tərk edən erməni Erik Xaçaturov Azərbaycana səfərə gəlib. Sevdiyi şəhərə gələn Erik göz yaşlarını saxlaya bilməyib. O, hələ bir neçə gün Bakıda qalacaq. Sonra Rusiyaya qayıdacaq. Söz verir ki, Azərbaycana yenə gələcək. O, özü ilə təkcə sevimli Bakı suvenirləri deyil, həm də xoş xatirələri aparacaq. Onun bildirdiyinə görə insanın bir vətəni olur və onun üçün Vətən Bakıdır, həyatının sonunadək sevəcəyi bir şəhər...
30 il sonra Bakıya gələn erməni azərbaycanlıları görüb göz yaşlarına boğuldu from Oxu.Az on Vimeo.
C.İ