31 il əvvəl Şuşada itkin düşən hərbçinin meyitinin qalıqları dəfn edilib.
Oxu.Az xəbər verir ki, 1951-ci il təvəllüdlü Gülverdi Ağahüseyn oğlu Hüseynov 1992-ci ildə Şuşa rayonu, Daşaltı kəndi ərazisində itkin düşüb.
Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə şanlı ordumuzun Vətən müharibəsində düşmən üzərində tarixi qələbə qazanmasından sonra işğaldan azad edilən torpaqlarımızda genişmiqyaslı yenidənqurma və abadlıq işləri həyata keçirilməkdədir. Bu işlər aparılan zaman Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş Azərbaycan hərbçilərinin sümüklərinin qalıqları aşkarlanıb.
Aparılmış ekshumasiya zamanı şəxsiyyəti müəyyən olunmuş 10 şəhiddən birinin Abşeron rayonu Qobu qəsəbə sakini, 1951-ci təvəllüdlü gizir Hüseynov Gülverdi Ağahüseyn oğlu olduğu müəyyənləşib.
Onun nəşi bu gün Qobu qəbiristanlığında nəvəsi - Vətən müharibəsi şəhidi Gülverdi Abil oğlu Qasımovun məzarının yanında dəfn olunub.
13:34
31 il əvvəl Şuşada itkin düşən hərbçi ilə vida mərasimi keçirilir.
Oxu.Az xəbər verir ki, 1951-ci il təvəllüdlü Gülverdi Ağahüseyn oğlu Hüseynov 1992-ci ildə Şuşa rayonu, Daşaltı kəndi istiqamətində itkin düşüb.
Onun meyitinin qalıqları bu gün Qobuda ailəsinin yaşadığı evə gətirilib.
31 il əvvəl Şuşada itkin düşən hərbçinin meyitinin qalıqları dəfn edilib.Oxu.Az xəbər verir ki, 1951-ci il təvəllüdlü Gülverdi Ağahüseyn oğlu Hüseynov 1992-ci i...
Daha çox foto burada: PhotoStock.az
Aysel Aslan
Rəylər