2015-ci ildən 2016-ci ilin mart ayına qədər 7 təhsil şöbəsi, 5 məktəbdənkənar müəssisə, 1 peşə məktəbi, 74 orta məktəbdə yoxlamalar aparılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin audit şöbəsinin müdir əvəzi Elnur Hacıyev keçirilmiş yoxlamaların nəticələrini açıqlayıb.
Onun sözlərinə görə, yoxlamalar nəticəsində 3 şöbə müdiri tutduğu vəzifədən azad edilib, 4 müdir barəsində isə inzibati tənbeh tədbiri görülüb.
“Şöbənin 5 əməkdaşı, 3 məktəbdənkənar müəssisə və 32 orta məktəb direktoru tutduğu vəzifədən azad edilib. Şöbənin 27 əməkdaşı 38 orta məktəb direktoru barəsində digər inzibati tənbeh tədbiri görülüb”, - deyə o qeyd edib.
Bundan başqa, müdir əvəzi qeyd edib ki, peşə məktəbinin direktor əvəzi və baş mühasib tutduğu vəzifələrdən azad edilib.
E.Haciyev onu da əlavə edib ki, bununla da 10 643,27 manat məbləğin dövlət büdcəsinə bərpası təmin edilib.
Ülviyyə R. Əli
www.oxu.az