Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
37 kəndin yalnız birində qalan su dəyirmanı: Mədə-bağırsaq xəstəliyinin dərmanıdır
Su dəyirmanları əsrlər boyu xalqımızın məişətində mühüm rol oynayıb. Lakin zaman keçdikcə müasir vasitələrin yaranması su dəyirmanlarının sıradan çıxmasına və unudulmasına səbəb olub. Bununla belə, ölkəmizdə hələ də az sayda da olsa, fəaliyyət göstərən su dəyirmanlarına rast gəlmək mümkündür.
Belə dəyirmanlardan biri də Oğuz rayonunun Bucaq kəndində yerləşir. Bu dəyirmanın qoruyucusu və işlədən şəxsi Peyvaz Feyzullayevin danışdıqları isə insanı heyran edir:
"Bu dəyirmanı 35 ildir işlədirəm. Oğuz rayonunun 37 kəndi var. Əvvəl hər kənddə su dəyirmanı mövcud idi. Ancaq indi Oğuzda yalnız mən su dəyirmanı işlədirəm. Nə qədər ki sağam, bu dəyirman işləməyə davam edəcək. Burada üyüdülən un şəkər, mədə və bağırsaq xəstəliklərinə şəfa verir" ,- deyə Peyvaz Feyzullayev bildirib.
Daha ətraflı Baku TV-nin materialında:
"Oğuz rayonu" teqi üzrə xəbərlər
- Yol kənarındakı ağaclar təhlükə yaradır: Qurumuş budaqlar niyə budanmır?
- Ev quşları tələf olan sakin: "Qazlarım dəli oldu, fırlanıb öldülər"
- Oğuzda ev quşları arasında xəstəlik yayıldı - Xəbərlərin 20:00 buraxılışı
- Oğuzda güclü külək fəsadlara səbəb olub
- Qəbələ və Oğuzun kəndlərində elektrik enerjisinin verilişi nə vaxt BƏRPA OLUNACAQ?
Rəylər