Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

50 min manatlıq kolleksiyası olan sakin ən böyük arzusunu açıqladı
75 yaşlı Şamaxı sakini Nəbi İsgəndərovun 50 min manatlıq pul kolleksiyası var.
Kolleksiyaçının sözlərinə görə, pulları toplamağa 14 yaşından başlayıb. Hazırda onun ən böyük arzusu muzey yaradaraq kolleksiyasını genişləndirməkdir.
"Bizdə qədim pullardan bir neçəsi var idi. Onları məndən almaq istəyənlərin sayı çox oldu, amma vermədim. Əksinə, həvəs yarandı və artırmağa başladım. Getdiyim ölkələrdən də pul gətirmişəm, dost-tanışdan da toplamışam. İçində ən bahalısı 1910-cu ilə aid olan çar hökumətinin puludur ", - deyə N.İsgəndərov söyləyib.
Daha ətraflı Baku TV-nin süjetində:
50 min manatlıq kolleksiyası olan sakin ən böyük arzusunu açıqladı

"Şamaxı" teqi üzrə xəbərlər
Ən çox oxunanlar