Ötən ildə xaricdə yaşayan 509 Azərbaycan vətəndaşı qanunsuz olaraq təqaüd alıb.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, bunu Dövlət Sosila Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov Mühasiblərin və Audidorların IV Avrasiya Forumunda çıxışı zamanı deyib.
“DSMF-nun hesablamalarına görə, qanunsuz olaraq xaricdə yaşayan vətəndaşların təqaüd alması nəticəsində dövlət büdcəsinə 943.000 manat ziyan dəyib. Həmin vətəndaşlar təqaüdə çıxdıqdan sonra hər hansı səbəbdən xarici ölkələrə getməli olurlar.
Bunların da böyük bir qismi vətəndaşlıqdan çıxmır. Amma burda qalan yaxınları vasitəsi ilə həmin təqaüdlər mənimsənilir. Hətta dünyasını dəyişdikdən sonra da təqaüdün verilməsi prosesi davam etdirilir. Düzgün uçut sistemin işləməməsi bu cür halların yaranmasına səbəb olur” – deyə, o bildirib.
Onun sözlərinə görə, daxili auditin verdiyi informasiya yalnız qurumun deyil, eyni zamanda vətəndaşların da həyatında böyük rol oynayır.
“Bu ilin 9 ayında Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsindən 47 müraciət almışıq. Müraciətlərə əsasən 55 nəfər haqqında qərar qəbul olunub. Böyük bir hissəsi bizim orqanlardan xaric edilib, bir hissəsinə maliyyə sanksiyaları tətbiq olunub” – deyə, fond rəhbəri qeyd edib.