Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Abşeron yarımadasının ən ucqar nöqtəsi yosunların əsarətində - Səbəb nədir?
Abşeron yarımadasının cənub-şərq qutaracağında yerləşən, Azərbaycanın materikdə yerləşən ən ucqar şərq nöqtəsi hesab olunan Şahdili burnu ziyarətçilərinin diqqətini bu dəfə başqa görüntüsü ilə cəlb edib.
Oxu.Az xəbər verir ki, inzibati cəhətdən Bakının Zirə qəsəbəsi ərazisinə yerləşən ensiz və uzun formaya malik bu əsrarəngiz ərazidə son vaxtlar yosunların daha da çoxalması müzakirə mövzusu olub.
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov bildirib ki, Abşeron Milli Parkında yosunlar həmişə olub.
"Son illər yosunların çoxalmasının əsas səbəblərindən biri isə iqlim dəyişikliyi nəticəsində Xəzərin səviyyəsinin geri çəkilməsi və burada gedən fotosintetik proseslərin daha da güclənməsidir. Belə ki, temperatur artdıqca, yosunların fəaliyyəti daha da güclənir. Onlar daha çox oksigen istehsal etməklə yanaşı həm də artırlar",- deyə R.Abbasov bildirib.
Əzizə İsmayılova
Rəylər