Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Afət Telmanqızı: Mən işimi görürəm, Azadə də işləyir – AÇIQLAMA
“Bu mövzu haqqında danışmaq istəmirəm. Mən işimi görürəm. Azadə də işləyir. Ərizə yazmaqla deyil, işlə məşğul oluruq. Azadənin ərizə yazması və aramızda qalmaqal olması, narazılıq yaşanması şayiədir, yalandır!”
Afət Telmanqızı Oxu.Az-a açıqlamasında belə deyib.
O, həmkarı Azadə Balayeva ilə heç bir problemiinin olmadığını, yazılanların şayiə olduğunu bildirib.
Azadə Balayeva da yazılanları şayiə adlandırıb: “Mənə və Afətə görə narahat olan, yanımızda olan bütün dostlarıma təşəkkür edirəm. Yaxşı ki varsınız. İnşallah, gün gələr, nə vaxtsa biz də şayiə jurnalistikasının mövcud olmadığı bir dövrə gəlib çıxarıq. Sizi də narahat etmərik”.
Bəzi saytlar Elman Gədikli Space TV-nin “Hər gün” xəbərlər departamentinin rəhbəri vəzifəsindən getdikdən sonra onun yerinə Azadə Balayevanın təyin olunduğunu yazmışdılar. Daha sonra Afət Telmanqızının bu vəzifəyə gətirilməsi ilə iki ans-çi arasında narazılıq yarandığı, Balayevanın istefa ərizəsi yazdığı ilə bağlı xəbərlər yayılmışdı.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, Afət Telmanqızı “Hər gün” xəbərlər departamentinin rəhbəri, Azadə Balayeva isə onun müavinidir.
Qeyd edək ki, əməkdar jurnalist Elman Gədikli “Lider Xəbər” departamentində rəis müavini vəzifəsində işə başlayıb.
Zülfiyyə Qurbanova
www.oxu.az