Azərbaycanlı qrafik dizayner Elvin Süleyman maraqlı layihəyə imza atıb.
Oxu.Az xəbər verir ki, o, dijital illüstrasiya proqramlarından istifadə etməklə Azərbaycanın tanınmış yazıçı və şairlərinin portretlərini karandaş üzərində təsvir edib.
Gənc dizayner Oxu.Az-a açıqlamasında bildirib ki, onu bu layihənın ərsəyə gəlməsinə ilhamlandıran xarici dizayn saytlarından birində gördüyü əşyalar haqqında animasiya olub. Bundan ilhamlanan dizayner azərbaycanlı yazarların qələm üzərində təsvirlərini çəkməyə qərar verib.
Həmin rəsmləri təqdim edirik :
İsmayıl Nur