Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Ağdamda dəmir yolu və avtovağzal kompleksinin inşasına başlanılıb - VİDEO
Ağdamda dəmir yolu və avtovağzal kompleksinin tikintisinə başlanılıb.
“Report” xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, layihədə son razılaşdırma işləri gedir:
“Hazırda Qarabağda bizim iki layihəmiz həyata keçirilir. Bunlardan biri Bərdə-Ağdam layihəsidir ki, artıq layihənin böyük hissəsi tamamlanıb”.
O qeyd edib ki, Ağdam şəhərinə qədər dəmir yolu xətti çəkilib:
“Ümumilikdə layihənin 85%-i icra olunub. Sadəcə son stansiyalar - Təzəkənd, Bərdə, Köçəri stansiyalarının tikintisi həyata keçirilir və yaxın vaxtlarda yekunlaşacaq”.
R.Rüstəmov bildirib ki, Horadiz-Ağbənd layihəsi üzrə isə işlərin 45%-i həyata keçirilib:
“Layihə sürətlə həyata keçirilir. Layihənin 2025-ci ildə yekunlaşdırılması nəzərdə tutulub”.

"Ağdam" teqi üzrə xəbərlər
- İki nəfərə bıçaqla xəsarət yetirərək qaçan kollec tələbəsi saxlanılıb
- Ağdamda tikinti şirkətinin əməkdaşları QƏZAYA DÜŞDÜLƏR
- Ağdamda insana məxsus olduğu ehtimal edilən sümüklər tapılıb
- Firudin Qurbanov: "STEAM Azərbaycan" layihəsi Laçın, Zabux və Şuşa məktəblərində baş tutacaq"
- Ağdamda partlayış səsləri eşidilir - SƏBƏB