Ağdaş rayonunda yol-nəqliyyat hadisəsi baş verib, ölən var.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Qumlaq kəndi ərazisində qeydə alınıb.
Belə ki, "Opel" və VAZ markalı minik avtomobilləri toqquşublar. Nəticədə VAZ-ın sürücüsü, 26 yaşlı Afiq Səmədov hadisə yerində ölüb. 39 yaşlı Maqsud Mustafayev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.