Ötən gün Ağdaş rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərdən daha biri həyatını itirib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, həyatını itirən şəxs qəzada faciəli şəkildə ölən Elgün Həsənovun böyük qardaşı Ramil Həsənovdur.
Xatırladaq ki, hadisə ötən gün gecə saatlarında rayon ərazisində qeydə alınmışdı. Əlirza Lətifovun idarə etdiyi VAZ-2106 markalı avtomobilin ağaca çırpılması nəticəsində sərnişini 37 yaşlı Elgün Həsənov hadisə yerində həyatını itirmiş, onun qardaşı 41 yaşlı Ramil Həsənov isə xəstəxanaya çatdırılmışdı.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Oxu.Az-a bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.