Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Aktiv qalan VİRUSLAR - Əvvəllər öldürməyən xəstəliklər niyə indi öldürür?
"Əvvəllər ölümcül olmayan xəstəliklər indi ölümlərə səbəb olur".
Bu fikirləri Bizim.media-ya müsahibəsində Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib.
Bəs buna yol açan səbəblər nədir, niyə immunitetimiz zəifləyib?
Tibb elmləri doktoru, professor Adil Qeybulla mövzu ilə bağlı fikirlərini bildirib.
Ekspert vurğulayıb ki, koronavirus pandemiyasından sonra epidemioloji vəziyyət gözümüzün önündə dəyişir:
"Ayrı-ayrı infeksion xəstəliklərin fəallaşması, qızılcanın vüsət alması, göy öskürək, qrip kimi infeksiyaların aktivləşməsi, demək olar ki, hər kəsi xəstələndirdi. Koronavirusun "Omikron" ştammının mutasiya variantları davam edir. Bəzi ştamlar çox ağır soyuqdəymə törədir. İndiyə kimi bu xəstələr var. Həmçinin virusdan ölüm halları da müşahidə edilir. Baxmayaraq ki, pandemiya bitib. Bütün bunlar epidemioloji vəziyyəti dəyişir.
Yeni-yeni xəstəliklərin əmələ gəlməsini müşahidə edirik. Pandemiya immun sistemində çox ciddi təlatümlər yaradıb. Bu, orqanizmin xəstəliklərlə mübarizə imkanlarını aşağı salıb, xərçənglə mübarizə sisteminə ciddi təsir edib.
Bütün bunlar müxtəlif xəstəliklərin yayılmasına gətirib çıxarır.
Həmin xəstəliklər zəifləmiş orqanizmdə ağırlaşmalar və ölümlə özünü büruzə verir. Fikrimcə, koronavirusun son nəticələrinin araşdırılması üçün hələ tezdir. Bununla bağlı çox ciddi araşdırmalar gedir".
"Azərbaycanda koronavirus" teqi üzrə xəbərlər
- Viruslar yenidən AKTİVLƏŞİR - Qarşıdakı aylarda koronavirusa yoluxma arta BİLƏR?
- Bu xəbərləri qaçırmayın: 02.10.2024-ün ən mühüm hadisələri
- Azərbaycanda koronavirusla bağlı epidemioloji vəziyyət açıqlanıb - RƏSMİ
- Azərbaycanda COVID-19-un hansı ştamı yayılıb? - Təyyar Eyvazov AÇIQLADI
- Bu xəbərləri qaçırmayın: 22.08.2024-ün ən mühüm hadisələri
Rəylər