Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Alimlər sürüşmənin qarşısını almağın yolunu göstərdi
Badamdar sürüşmə zonasında prosesin nə zamana kimi davam edəcəyi bilinmir.
Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun (AMEA) aparıcı elmi işçisi Starə TarixAzər bildirib.
Onun sözlərinə görə, prosesin dayanacağı vaxtı kimsə dəqiq deyə bilməz:
“Həmin zona çox aktivdir. Bakıda olan sürüşmələrin təxminən 80 faizi insan fəaliyyətinin nəticəsində yaranıb. Qanunsuz tikilən evlər, kanalizasiya sisteminin olmaması, yamacların kəsilib yollar tikilməsi də sürüşməni aktivləşdirir”.
Starə TarixAzər bildirib ki, Bakının Ələtə qədər sahəsi böyüyür və aktiv sürüşmə zonaları çoxdur:
“Hazırda sürüşmə zonasında kanalizasiya sistemi tam qurulmadığına görə yamacın dayanıqlığını saxlamaq mümkün olmur. Ərazidə quyuların qazılması yolu ilə qrunt suları çıxarılsa, sürüşmə dayana bilər.
Eyni zamanda, ağaclar, kollar əkilməlidir ki, onlar daim suyu çəkə bilsinlər. Ərazidə tez-tez monitorinq aparılsaydı, belə miqyaslı sürüşməni görə bilməzdik”.
Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Geomorfologiya və təbii risklər şöbəsinin struktur rəhbəri Hüseyn Xəlilov isə bildirib ki, Badamdarda baş verən hadisə sürüşmə deyil:
“Orada sürüşmə yoxdur. Baş verənlər uçqundur. Sadəcə, çöküntülər yerini dəyişir deyə, sürüşmə deyirlər. Ərazidə araşdırma aparmaq üçün yapon mütəxəssis gətirilib ki, bizimkilərin başı çıxmır, onların başı çıxır. Nəticəni gözləyək. Amma ərazidə uçqunun qarşısını almaq üçün qrunt suları çıxarılmalı və betonlaşma getməlidir”.
İlhamə Əbülfət
www.oxu.az
"Bakı" teqi üzrə xəbərlər
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
- "The Telegraph": "Bakı gözlədiyinizdən daha çoxunu təklif edir"
- Qarabağ qazisi Bakıda binaları COP29-a uyğun rəsmlərlə bəzədi
- Əfsanəvi Ronaldinyo Bakıya COP29-la bağlı səfərindən paylaşım edib
- Dünya futbolunun əfsanəsi Ronaldinyo Azərbaycana gəlib
Rəylər