Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Altı yaşlı İlaydanın dəstəyə ehtiyacı var
Altı yaşlı İlaydanın sizin dəstəyinizə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun atası Yaşar Həsənov məlumat verib.
O bildirib ki, övladı anemiya xəstəliyindən əziyyət çəkir.
"İlaydanın ötən il səhhətində yaranan problemə görə xəstəxanaya getmişdik. Orada ona sarılıq diaqnozu qoyub, bir müddət müalicə etdilər. Get-gedə İlaydanın vəziyyəti ağırlaşdı, pisləşdi. Ona görə də onu başqa həkimə apardıq. Orada bizə övladımın anemiya xəstəliyindən əziyyət çəkdiyi deyildi".
Yaşar Həsənov İlaydanın onun yeganə övladı olduğunu deyib.
"İlayda bizim yeganə övladımızdır. O, həkim səhvi ucbatından bu qədər geri düşüb. Ona diaqnoz qoyulana qədər bizim 20 min dollara yaxın xərcimiz çıxıb. Hazırda həkimlər ona təcili ilikköçürmə əməliyyatının zəruriliyini deyirlər. Anası və mən artıq donor kimi analiz vermişik. İki-üç gün içində analizin cavabları çıxacaq. Yardımsevər şəxslərdən övladıma dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (051) 959-25-39.
Kapital Bank: 4169 7388 1165 1276.