Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 24-də keçirilmiş sonuncu buraxılış imtahanının statistik nəticələrini və şagirdlərin aldıqları qiymətləri açıqlayıb.
TQDK-nın mətbuat xidmətindən Oxu.Az-a verilən xəbərə görə, iyunun 18-də IX və XI sinif şagirdlər üçün keçirilmiş buraxılış imtahanında ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavabların sayı 8-dən az olmayan şagirdlər müvəffəq qiymət alıblar.
Buraxılış imtahanında 22431 IX sinif şagirdi iştirak edib. Onlardan 1944-ü “Ana dili”, 2138-i isə “Riyaziyyat” fənnindən “5 qiyməti alıb. Şagirdlərin 4030-nun “Ana dili”, 3455-nin “Riyaziyyat” fənnindən qiyməti “4”, 9976-nın “Ana dili”, 9266-nın “Riyaziyyat” fənnindən qiyməti “3”, 6481-nin “Ana dili”, 7572-nin isə “Riyaziyyat” fənnindən qiyməti “2” olub.
İyunun 24-də 11 illik təhsil bazasında keçirilmiş buraxılış imtahanın nəticələrinə dair statistik məlumatlara gəlincə, imtahanlarda 17165 XI sinif şagirdi iştirak edib. Onlardan 3478-i “Ana dili”, 3585-i “Riyaziyyat” fənnindən “5”, 3978-i “Ana dili”, 4482-si “Riyaziyyat” fənnindən “4”, 6397-si “Ana dili”, 5369-u “Riyaziyyat” fənnindən “3”, 3312-si “Ana dili”, 3729-u isə “Riyaziyyat” fənnindən “2” qiyməti alıb.