Ötən gün saat 21:20 radələrində Bakının Qaradağ qayonu ərazisində 40 yaşlı qadın özünü öldürmək istəyib.
Oxu.Az xəbər verir ki, hüquq-mühafizə orqanalrından ANS PRESS-ə verilən məlumata görə, hadisə Lökbatan qəsəbəsi ərazisində qeydə alınıb.
Qəsəbə sakini 40 yaşlı Q.Z. intihara cəhd edib. Qadın yataq otağına girərək qapını arxadan bağlayıb. Onun hərəkətlərindən şübhələnən yaxınları qadının nə etmək istəyini soruşublar. Lakin Q.Z.-dən səs çıxmayıb.
Onun qeyri-müəyyən hərəkətlərindən şübhələnən yaxınları qapını sındırdıqda, Q.Z.-nin özünü asdığını görüblər.
Qadının yaxınları dərhal ipi kəsiblər və Q.Z.-ni xilas ediblər. Hadisə yerinə həkim çağrılıb. Həkimlərin səyi nəticəsində qadının həyatı xilas olunub.
Hadisə yerinə 10-cu polis bölməsinin əməkdaşları cəlb olunub. Qadının nə səbəbdən intihar etmək istədiyi araşdırılır.