Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) kadr dəyişiklikləri və islahat prosesi davam edir.
Oxu.Az Nocomment.az-a istinadən xəbər verir ki, TƏBİB-in icraçı direktoru Anar Bayramovun imzaladığı müvafiq əmrə əsasən, Sumqayıt Şəhər 2 nömrəli Xəstəxananın baş həkimi Arzu Bəndəliyeva vəzifəsindən uzaqlaşdırılıb.
Məlumata görə, A.Bəndəliyeva Sumqayıt Şəhər 1 nömrəli Xəstəxananın Uşaq Poliklinikasına şöbə müdiri təyin edilib.

Balakən Rayon Mərkəzi Xəstəxanasının direktoru işdən çıxarılıb.
Oxu.Az Lent.az-a istinadla xəbər verir ki, bu barədə TƏBİB-in icraçı direktoru Anar Bayramov əmr imzalayıb.
Əmrə əsasən, Balakən Rayon Mərkəzi Xəstəxanasının direktoru Dilbər Quliyeva tutduğu vəzifədən azad edilib.
Onun yerinə hələlik təyinat yoxdur.
Qeyd edək ki, daha öncə Anar Bayramovun müvafiq əmri ilə Respublika Neyrocərrahiyyə Xəstəxanası, Şəki və Şirvan Rayon Mərkəzi Xəstəxanalarının direktorları da vəzifələrindən azad ediliblər.
