ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik keçən həftə həmsədrlərə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyət və əsir götürülən azərbaycanlılarla bağlı hesabat verib.
Oxu.Az xəbər verir ki, bu barədə SalamNews-a ATƏT-dən məlumat verilib.
Təşkilatdan “Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda iki azərbaycanlının girov götürülməsi və bir azərbaycanlının öldürülməsi barədə erməni mətbuatındakı məlumatlarla bağlı” suala verilən cavabda bildirilib ki, Minsk qrupunun həmsədrləri bu barədə bir bəyanat yayacaqlar.
Xatırladaq ki, Ermənistan mətbuatında erməni xüsusi təyinatlıları tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda Həsən Həsənov adlı bir azərbaycanlının öldürülməsi, Şahbaz Quliyev və Dilqəm Əsgərov adlı iki azərbaycanlının girov götürüldüyü və onlara qarşı cinayət işi açıldığı barədə məlumatlar yayılıb.