"Atamın vəziyyətində dəyişiklik yoxdur, yeni məlumat demirlər. Gecə saat 2-də getmişdim. Yanında danışdım, iki dəfə əlini tərpətdi. Yəni demək istəyir ki, burada olduğunu bilirəm. Amma gözünü açmır".
Bunu Oxu.Az-a açıqlamasında Xalq artisti Arif Babayevin oğlu Yaşar Babayev deyib.
Mərkəzi Klinikadan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır:
"Müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir".
Məhərrəm Əliyev