Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
:1200.jpg)
“ASK Arena” yaxınlığında sürücülər üçün təhlükə - VİDEO
Nizami rayonunda yolun ortasındakı kanalizasiya lyukunun qapağının olmaması təhlükə yaradır.
Bu barədə Oxu.Az-ın redaksiyasına videogörüntü göndərilib. Vətəndaşın sözlərinə görə, görüntülər “ASK Arena”nın yaxınlığında lentə alınıb:
“Yolun ortasında kanalizasiya lyukunun qapağı yoxdur. Dar küçədir və qaranlıqda yoldan keçən avtomobilin təkəri lyuka düşsə, qəza baş verə bilər. Əraziyə baxan yoxdur ki, problemi aradan qaldırsınlar”.
Məsələ ilə bağlı Nizami Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətindən redaksiyamıza bildirildi ki, məsələ ilə bağlı əraziyə baxış keçiriləcək:
“Aidiyyəti üzrə problem araşdırılacaq, hansı qurumun fəaliyyət sahəsinə aid olduğu müəyyənləşdirildikdən sonra tədbir görülməsi ilə bağlı təlimatlar veriləcək”.
Könül Cəfərli